Əsas məzmuna keç

Naxçıvanda istehlakçılara 3 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 2025-ci ilin yanvar-may aylarında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 185 milyon manata yaxın olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 18,4 faiz çoxdur.

Tezadlar.az xəbər verir ki, Naxçıvanda ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı innovativ layihə olan “ƏDV geri al” mexanizminin tətbiqi də uğurla davam etdirilir. İndiyədək MR-də layihə çərçivəsində istehlakçılara 3 milyon manatda yaxın ƏDV məbləği geri qaytarılıb. Bu ilin yanvar-may aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 16,7 faiz artaraq 654,1 min manat olub.

RÖVŞANƏ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…