Ötən gecə saatlarında Naxçıvanın Şahbuz rayonu Ayrınc kəndində yerləşən istirahət mərkəzlərinin birində faciəsi baş verib. Tezadlar.az xəbər verir ki, istirahət mərkəzindəki su üzərində olan platformada artıq yüklənmə səbəbindən baş verən aşma nəticəsində 3 nəfər ölüb. İstirahət mərkəzində olanlardan biri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Həyatını itirənlərin qohum olduğu bildirilir. Hadisədən sonra təcili tibbi yardım avtomobili ilə birgə xəstəxanaya yollanan ailə üzvləri isə yolda qəzaya düşüb. Qəza zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Hüseynov Tural Əli oğlu və onun oğlu, 2007-ci il təvəllüdlü Hüseynov Nicat Tural oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Hər iki faktla bağlı araşdırma aparılır.
İstirahət edənlər yaxın qohum kimi birgə şənlik edirmişlər. Təbii ki, istirahət mərkəzinin rəhbərliyi və həmin platformanı inşaa etmiş tikinti mütəxəssisləri bu hadisədə məsuliyyət daşıyırlar. Uzun illərdən bəri suda qalmış platformanın dayaqlarına nəzarət edilməyib.
A.Məmmədli

