Əsas məzmuna keç

NAZİR PƏRVİZ ŞAHBAZOV DÜNYA BANKININ CƏNUBİ QAFQAZ ÜZRƏ REGİONAL DİREKTORU İLƏ GÖRÜŞÜB

Energetika naziri Pərviz Şahbazov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Energetika Nazirliyindən Tezadlar.az-a bildirilib ki, görüşdə Azərbaycanla Dünya Bankı arasında enerji sektorunda əməkdaşlığın inkişafı, ölkəmizdə yaşıl enerjinin inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin gücləndirilməsi layihəsi, o cümlədən “Masdar” şirkəti tərəfindən reallaşdırılan günəş və külək elektrik stansiyalarının enerji sisteminə qoşulması ilə bağlı görülmüş işlər müzakirə edilib.

Tədbirdə “Azərenerji” ASC-nin nümayəndələri də iştirak ediblər.

R.XUDADQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…