27 İyul 2022 / 11:18

NAZİR SAHİBKARLARA KREDİT ÜZRƏ ÖDƏNİLƏN FAİZ SUBSİDİYALARININ HƏCMİNİ AÇIQLAYIB

Sahibkarlara kredit üzrə ödənilən faiz subsidiyalarının həcmi açıqlanıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter səhifəsində yazıb.

“Mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması ilə bağlı daxil olmuş 6.308 müraciətdən 5.022-si üzrə müsbət qərar qəbul edilib. Təsdiqlənmiş subsidiyanın məbləği 69,4 mln. manat olub və bunun 65,1 mln. manat sahibkarlara ödənilib”, – nazir bildirib.

E.ŞİRİNOV        

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!