İran “qarşılıqlı hücumlardan” düşmənlərinə qarşı davamlı hücumlara keçəcək və ABŞ neft qiymətlərini idarə edə bilməyəcək.
***
İran ABŞ-İsrailin hücumları səbəbindən neftin qiymətinin 200 dollara yüksələcəyini bəyan edib
Tezadlar.az xəbər verir ki, bu barədə İran hərbi qüvvələrinin nümayənədəsi elan edib. İran HQ nümayəndəsinin sözlərinə görə, İran “qarşılıqlı hücumlardan” düşmənlərinə qarşı davamlı hücumlara keçəcək və ABŞ neft qiymətlərini idarə edə bilməyəcək.
“Fars” xəbər agentliyi hərbi mənbəyə istinadən bildirib ki, “ABŞ, sionist rejimi və ya onların tərəfdaşlarına fayda verəcək şəkildə bir litr də olsun neftin Hörmüz boğazından keçməsinə icazə verməyəcəyik”.
Mənbə elan edib ki: “Neftin qiymətinin barel üçün 200 dollara çatmasına hazır olun, çünki neftin qiyməti sizin qeyri-sabitləşdirdiyiniz regional təhlükəsizliklə bağlıdır”.







