Nənə bir yaşlı nəvəsini bıçaqlayaraq öldürdü və…

Oxunma sayı: 126

Xabarovsk diyarının sakini öz nəvəsini qətlə yetirdiyinə görə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Tezadlar.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 2024-cü ilin aprel ayında nənə həftə sonu üçün bir yaşlı nəvəsini oğlu və gəlininin əlindən alaraq özü ilə evinə gətirib.

“Nənə gün boyu spirtli içki qəbul edib. Qadın spirtli içkilərdən sui-istifadə edərək, alkoqol asılılığından əziyyət çəkirmiş”, – vilayət prokurorluğu öz Telegram kanalında məlumat yayıb.

Sərxoş 54 yaşlı qadın bir yaşlı uşağa bıçaqla hücum edib və onun boyun nahiyəsinə ən azı iki bıçaq zərbəsi endirib.

Uşaq aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

ELBAR

Xəbəri paylaş