İsrailin baş naziri Benyamin Netanyahu bütün cəbhələrdə qələbə qazandığını bəyan edib.
Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Birgə səylərimizlə biz böyük qələbələr əldə etdik – bütün dünyanı heyrətə gətirən qələbələr. Və demək istəyirəm ki, harada vuruşmuşuqsa, biz qalib gəlmişik”, – siyasətçi deyib.
Netanyahu vurğulayıb ki, uğurlara baxmayaraq, hərbi kampaniya hələ bitməyib.
“Düşmənlərimizdən bəziləri yenidən bizə hücum etmək üçün özlərini bərpa etməyə çalışırlar. Necə deyərlər, biz hazırıq”, – o əlavə edib.
Oktyabrın 10-da İsraillə HƏMAS qruplaşması arasında atəşkəs razılaşması qüvvəyə minib. Razılaşma Donald Trampın münaqişəni həll etmək səylərinin nəticəsi idi. Razılaşmaya 20 bəndlik sülh planının təqdimatı daxildir.
E.ŞİRİNOV







