Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 İyul 2026 / 08:52

Netanyahu susur! O, F-35 məsələsini qaldıra bilmədi

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahunun Vaşinqtona rəsmi səfəri zamanı Ağ Evdə onunla görüşüb. Görüş zamanı Netanyahu Türkiyəyə qarşı F-35 məsələsini qaldıra bilməyib və məqsədinə çata bilməyib.

Ön qapıdan içəri girməsinə icazə verilməyən Netanyahu yan qapıdan müşayiət olunub və aşağı səviyyəli protokol qəbulu ilə qarşılaşıb. Oval Ofisdə 75 dəqiqəlik qapalı görüşdən əvvəl və ya sonra heç bir açıqlama verilməyib.

Tezadlar.az xəbər verir ki, görüşdən sonra sosial mediada verdiyi açıqlamada Ağ Evin sözçüsü Karolin Levitt iki lider arasındakı görüşün “məhsuldar və müsbət” olduğunu bildirib. Netanyahunun kommunikasiya direktoru Tzipi Hotoveli jurnalistlərə deyib: “İsrailin ABŞ-ı İranla bağlı müəyyən bir istiqamətdə itələməsi iddiası doğru deyil. Baş nazir ABŞ prezidentinə nə etməli olduğunu demir və onu heç bir istiqamətə yönəltmir. Hər iki tərəf İranın nüvə silahı əldə etməsinin qarşısını almaq istəyir.” Hotoveli əlavə edib ki, “İsrailin əleyhinə olduğu ABŞ-ın Türkiyəyə F-35 satması məsələsi görüşdə qaldırılmayıb”.

Görüşdən sonra yayımlanan video mesajda Netanyahu Trampla indiyə qədər keçirdiyi ən yaxşı görüşlərdən birini keçirdiyini iddia edib. Netanyahu bildirib ki, “Bu, tam əməkdaşlıq, qarşılıqlı dəstək və ortaq məqsədlərimiz, ilk növbədə İranın nüvə silahı əldə etməsinin qarşısını almaq barədə tam razılığa əsaslanan görüş idi”. O, həmçinin görüşün “İsrailin təhlükəsizliyi və gələcəyi üçün vacib olan məsələlər üzrə fikir mübadiləsi və əlaqələndirmə imkanı” olduğunu qeyd edib.

Əvvəlki gün ABŞ Prezidenti Tramp Türkiyəyə F-35 təyyarələrinin satışına qarşı çıxan Netanyahuya cavab olaraq deyib: “Heç kim mənə nə satacağımı və ya satmayacağımı deyə bilməz. Türkiyə bizim böyük müttəfiqimizdir. Ərdoğan mənim dostumdur”. Dünənki görüşdən əvvəl Netanyahunun İranın Kazma dağları ilə bağlı kəşfiyyat məlumatlarını paylaşmaq istədiyi xatırladıldıqda, Tramp “Bibinin mənə bunu deməsinə ehtiyacım yoxdur” deyib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!