Əsas məzmuna keç

“NEW MEDİA HUB” PLATFORMASI ÇƏRÇİVƏSİNDƏ TƏLİMLƏR DAVAM EDİR

“Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə “New Media Hub” platforması çərçivəsində təlimlər davam edir.

Gənclər Hərəkatından əldə etdiyimiz məlumata görə, növbəti təlim Əməkdar jurnalist, professor Qulu Məhərrəmli tərəfindən keçirilib.

Təlim zamanı Q.Məhərrəmli “Cəmiyyət necə dürüst məlumatlandırılmalıdır?” adlı mövzu ilə bağlı öz təcrübəsini gənclərlə bölüşüb, onlara jurnalistika ilə bağlı bir sıra faydalı məsləhətlər verib.

Səmimi söhbət əsnasında gənclərin çoxsaylı sualları cavablandırılıb, fikirləri dinlənilib.

Qeyd edək ki, “New Media Hub” platforması Azərbaycan Gənclər Fondunun dəstəyi ilə icra edilir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…