Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Braziliya millisinin tarixinin ən məhsuldar futbolçusu olan Neymarın 2026-cı ilin sonuna qədər peşəkar futbolçu karyerasını başa vura biləcəyi iddia edilir.
Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, Braziliya yığmasının DÇ-2026-nın 1/8 final mərhələsində mübarizəni dayandırmasından sonra Neymar ABŞ-də qalaraq ailəsi ilə istirahət edir. Ulduz futbolçunun gələcək karyerası ilə bağlı yekun qərarını məhz bu müddətdən sonra verəcəyi bildirilir.
“Santos” klubunun məşqçilər korpusuna yaxın mənbələrin sözlərinə görə, təcrübəli hücumçunun klubla müqaviləsini ləğv edərək peşəkar futboldan ayrılması ehtimalı da nəzərdən keçirilir. Onun Braziliya təmsilçisi ilə hazırkı müqaviləsi 2026-cı ilin sonuna qədər qüvvədədir.
Hazırda 34 yaşında olan Neymar 2025-ci ilin yanvarında “Santos”a qayıdıb. Bundan əvvəl o, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edib. Daha öncə isə uzun illər Fransanın PSJ komandasında forma geyinən futbolçu 2017-ci ildə “Barselona”dan rekord sayılan 222 milyon avro qarşılığında transfer olunmuşdu.
Neymar Braziliya millisinin tarixində ən çox qol vuran oyunçu kimi yadda qalıb. O, milli komandanın heyətində keçirdiyi 130 qarşılaşmada 80 dəfə rəqib qapılarına yol tapıb.
Xatırladaq ki, Neymar DÇ-2026-nın 1/8 finalında Norveçə 1:2 hesablı məğlubiyyətdən sonra Braziliya millisindəki karyerasını başa vurduğunu rəsmən açıqlamışdı.