Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 601,3 kiloqram qızıl hasil olunub.
Tezadlar.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Komitənin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə qızıl hasilatı 148,1 kiloqram və ya 19,8 faiz azalıb.
Cari ilin aprel ayının 1-ə olan vəziyyətə görə ölkədə hazır qızıl ehtiyatlarının həcmi 115,6 kiloqram təşkil edib.Ətraflı
Bu ilin aprelin 1-ə olan vəziyyətə görə ölkədə hazır gümüş ehtiyatlarının həcmi 489,6 kiloqram təşkil edir.
Qeyd edək ki, hesabat dövründə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 8,7 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,7 faiz azalıb.