18 Aprel 2026 / 15:16

Niyə yerli istehsal olan avtomobillərə maraq azdır? – Satış da, istehsal da azalıb…

2025-ci ilin birinci rübündə Azərbaycanda 1 138 ədəd minik avtomobili istehsal edilib.

Tezadlar.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, minik avtomobilərinin istehsalı 2025-c ilin birinci rübü ilə müqayisədə 164 ədəd (12,6%) az olub.

Belə ki, ötən ilin yanvar-mart aylarında ölkədə 1 302 ədəd minik avtomobili istehsal edilmişdi.

Rübün sonuna, yəni 1 aprel tarixinə anbarlarda 407 avtomobil satılmadan qalıb.

Qeyd edək ki, 2025-c ildə Azərbaycanda 4 min 38 ədəd olmaqla əvvəlki illə müqayisədə 1 960 ədəd (32,7%) az minik avtomobili istehsal edilib. Amma ilin sonunda anbarlarda qalan avtomobillər daha az idi – 82 ədəd, son 3 ayda isə anbarda qalan avtomobillərin sayı 320 ədəd artaraq 407  ədədə yüksəlib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!