Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində 40-a yaxın azərbaycanlı gəncin iştirakı ilə “Meet & Greet” adlı şəbəkələşmə tədbiri keçirilib.
Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycanlı Tələbələr və Məzunlar Platformasından (ASAP) məlumat verilib.
Qeyd edilib ki, Gənclər Fondunun dəstəyi, ASAP-ın təşkilatçılığı ilə baş tutan görüşdə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Cavid İsmayılov və ASAP-ın idarə heyətinin üzvü Mirgünay Bayramova çıxış ediblər.
Onlar beynəlxalq arenada təmsil edən ölkəni təmsil edən gəncliyin inkişafı, dövlət gənclər siyasəti çərçivəsində görülən işlər, eləcə də ABŞ-də təhsil alan azərbaycanlı gənclərin layiqli təmsilçiliyi barədə danışıblar.
O cümlədən, ASAP Nyu-York nümayəndəsi Elman Gözəlov təşkilatın fəaliyyəti, dəstək mexanizmləri, eləcə də gələcək aylarda həyata keçirilməsi planlaşdırılan layihələri barədə məlumat verib.
Daha sonra tədbir iştirakçılar arasında şəbəkələşmə sessiyası ilə davam edib.







