Əsas məzmuna keç

Oğuzda 12 ağac qanunsuz kəsildi – şübhəli saxlanıldı

Oğuz rayonunun Calut kəndində vələs və fıstıq növündən olan 12 ağacın kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır. 

Bu barədə “Tezadlar”a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Zamir Həsənov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…