Əsas məzmuna keç

Oğuzda ağacın altında qalan kişi hadisə yerində ölüb

Bu gün saat 12 radələrində Oğuzda bədbəxt hadisə baş verib.

“Tezadlar.az” xəbər verir ki, rayonun Xalxal kəndində Qəbələ rayonu Abrıx kənd sakini 1991-ci il təvəllüdlü Elnur Şümüd oğlu Mustafayev kəsilən ağacın altında qalıb.

Meşəlik ərazidə baş verən hadisə nəticəsində 34 yaşlı kişi yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…