Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 İyul 2026 / 10:38

Ölkə ərazisində faktiki hava

İyulun 12-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Tezadlar.az-a bildirilib ki, iyulun 12-i saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, qısamüddətli az yağış yağıb.

Düşən yağıntının miqdarı: Balakən, Qrız, Qusar (Laza), Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlıda 1 mm-dir. Şahdağ, Şahbuz, Qusar, Daşkəsəndə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Hazırda Bakıda və Abşeron yarımadasında şimal qərb küləyinin maksimal sürəti 17 m/s-yə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 37, Aran rayonlarında 38, dağlıq rayonlarda 27 dərəcəyədək isti müşahidə olunub.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!