Ölkəyə ət idxalı 41% artıb, bəs niyə yerli bazarda ucuzluq yaranmır? – VİDEO

Azərbaycana xarici ölkələrdən ət və ət məhsulları idaxal edilir və hansı ki, yerli ətə nisbətən ucuz qiymətə təklif edilir.

Söhbət Braziliya, Qazaxıstan, Monqolustan, Belarusya, Ukrayna və digər Avropa ölkələrindən idxal olunan ət məhsullarından gedir.

Rəsmi statistik rəqəmlərə əsasən, ötən il ölkəyə ət idxalı 41 faiz artıb. Bəs son illərdə artan tələbat səbəbi ilə ölkəyə idxal edilən Monqolustan quzusu və Ukraynadan gətirilən iribuynuzlu heyvan ətlərinin qiymətləri hansı aralıqdadır? Satıcı Abbas Vəliyevin sözlərinə görə, ölkəyə idxal edilən ətlərə, xüsusilə Monqolustan quzusuna tələbat kifayət qədərdir. Qiymətlərə gəldikdə isə yerli ətlə müqayisədə nisbətən ucuzdur.

Onun sözlərinə görə, Ukraynadan idxal edilən mal ətinin qiyməti isə hissələrə uyğun olaraq 12-14 manata aralığında dəyişir.

İqtisadçı Xalid Kərimli bildirir ki, xaricdən ölkəyə ət idxalında artımın olması yerli ət qiymətlərində artım və əhalinin ətə olan tələbatının çoxluğu ilə əlaqədardır.

Bəs yerli bazarla müqayisədə ucuz olan idxal edilmiş ətlərin keyfiyyətindən nə qədər əmin ola bilərik?

AQTA-nın şöbə müdiri Əkbər Əliyev XəzərXəbər-ə  deyib ki, idxal olunan məhsullar yalnız beynəlxalq baytarlıq sertifikatına malik olmalıdırlar.

https://www.youtube.com/watch?v=t3zfJhwh5x4&t=1s

Tezadlar.az  Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir ki, ölkə üzrə illik adambaşına bütün növ ət və ət məhsullarının istehlakı 2019-cu ildəki 40,8 kiloqramdan 2024-cü ildə 45 kiloqramadək artıb.

Ölkənin heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsi bütün növ ət və ət məhsulları üzrə 2019- 2024-cü illər ərzində 0,9 faiz bəndi artaraq 83,4 faiz təşkil edib. 2024-cü ilin sonuna mal əti və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi 88,5 faiz, qoyun və keçi əti və ət məhsulları üzrə 96,5 faiz, quş əti və ət məhsulları üzrə isə 76,6 faiz təşkil edib.

Maraqlısı budur ki, ölkəyə idxal edilən ət və ət məhsullarında böyük bir artımın olduğu qeyd edilsə də, yerli ət və ət məhsullarında endirim müşahidə edilmir, əksinə qiymətlər yüksək olaraq qalır. Və ilin əvvəlindən də ətin qiymətlərində dəfələrlə artım müşahidə edilib.

Marketlərdə sümüklü dana ətinin 1 kiloqramının qiyməti 17 manata və daha yüksək qiymətə,  quzu əti 20, 21 manat aralığında, quzu antrikot isə  23 manat civarında satılır.

 

JASMİN

 

Xəbəri paylaş

Xəbər lenti