Əsas məzmuna keç

Oteldə Hollandiyadan gələn iki qardaş ölü tapıldı

Hollandiyadan atası ilə Türkiyəyə gələn iki oğulun meyiti tapılıb.

Tezadlar.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbul şəhəri Fateh qəsəbəsi Bəyazid küçəsində yerləşən “Grand Sami” otelində qeydə alınıb.

Hollandiyadan İstanbula gələn ata 57 yaşlı Rashid Mohammed Ajoeb, iki oğlu, 17 yaşlı Mohammed Jamil Yusuf və 15 yaşlı Mohammed Yazdani ilə birgə Taksim meydanında yemək yeyiblər. Bundan sonra hər üçünün halı pisləşib.

Onların qaldığı otel otağında səslər eşidən personal qapını açaraq, uşaqların öldüyünü, atalarının isə huşunu itirdiyini görüblər.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…