Əsas məzmuna keç

Övladının həyatını təhlükəyə atan ata saxlanıldı -FOTO

Bakıda motosiklet sürücünün azyaşlı övladını təhlükəli şəkildə daşıması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

Tezadlar.az xəbər verir ki, araşdırmalarla həmin motosikletin 99-R-408 dövlət qeydiyyat nişanlı olduğu və sürücünün 1990-cı il təvəllüdlü şəxs olduğu müəyyən edilib.

Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun hərəkətləri ilə bağlı hüquqi məsuliyyət tədbirləri görülür.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…