30 Aprel 2026 / 13:41

Özəl şirkətlər ixracda dövlət şirkətlərini geridə qoyub – siyahıda “AIMKL” öncüllük edir

Bu ilin birinci rübündə Azərbaycandan ən çox məhsul ixrac etməklə ölkəyə böyük məbləğdə valyuta gətirən şirkətlər məlum olub.

Tezadlar.az  xəbər verir ki, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) 2026-cı ilin aprel ayı üzrə “İxrac icmalı”nda əksini tapıb.

İcmala əsasən, ümumilikdə bu ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,7% artaraq 862 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 25,1% artaraq 281 milyon ABŞ dollarına bərabər olub.

Yanvar-mart aylarında aqrar məhsullar üzrə ixrac 26,6% artaraq 215,6 milyon ABŞ dolları, aqrarsənaye məhsulları üzrə ixrac 27,4% artaraq 88 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrarsənaye məhsullarının birgə ixracı 26,8% artaraq 303,7 milyon ABŞ dollarına bərabər olub.

Birinci rübdə ölkənin qeyri-neft ixracının 464 milyon manatı, yəni 53,8%-i 20 şirkətin payına düşüb. Bunlardan 10-u ən çox ixrac edən dövlət, digər 10 şirkət isə ən çox ixrac edən özəl şirkətlərdir.

Özəl şirkətlərin ilk 10-luğu dövlət şirkətlərindən daha çox məhsul ixrac edib 255 milyon dollara qarşı 209 milyon dollar.
Azərbaycandan ən çox məhsul ixrac edən özəl və dövlət şirkətləri aşağıdakılardır:

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!