Paşinyan Ərdoğanı Ermənistana dəvət etməyi planlaşdırır

Türkiyədə səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Ermənistana dəvət etməyi planlaşdırır.

“Tezadlar.az” yerli KİV-ə istinadən xəbər verir ki, baş nazir bunu İstanbuldakı erməni icmasının nümayəndələri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, Ərdoğanı “Avropa Siyasi Birliyi”nin 2026-cı ildə İrəvanda keçiriləcək sammiti çərçivəsində Ermənistanda gözləyirlər.

Xatırladaq ki, Paşinyan Ərdoğanın dəvəti ilə Türkiyəyə ilk işgüzar səfərə gedib və onunla görüş planlaşdırılıb.

Xəbəri paylaş

20 İyul