Türkiyə Ermənistanın baş nazirinin planlaşdırılan səfərini təsdiqləyib. Tezadlar.az “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, bu barədə Türkiyə prezidentinin kommunikasiyalar üzrə direktoru Fəxrəddin Altun özünün X səhifəsində yazıb. O qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 20-də Türkiyəyə işgüzar səfər edəcək. “Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan İstanbulda cənab Paşinyanı qəbul edəcək”, – deyə Altun yazıb.
Məlumat üçün bildirək ki, bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyevin iyunun 19-da Türkiyəyə səfər edəcəyi bildirilmişdi.







