Əsas məzmuna keç

PAYTAXTIN BU ƏRAZİLƏRİNDƏKİ 5 MƏRTƏBƏLƏR DƏ SÖKÜLƏCƏK – YERİNDƏ GÖYDƏLƏNLƏR TİKİLƏCƏK (FOTOLAR)

Bakı şəhərində daha bir söküntü aparılacaq ərazi məlum olub.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə trend məlumat yayıb.

Agentliyin əldə etdiyi məlumata görə, Nizami rayonu, Kamil Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində yerləşən, istismar müddəti başa çatmış 3 və 5 mərtəbəli köhnə yaşayış binalarının söküntüsünə başlanılacaq.

Məlumatda o da qeyd edilib ki, yerində on altı ədəd yeni müasir premium tipli binaların inşası nəzərdə tutulur.

Kompleksin həyətində park, uşaqlar üçün əyləncə mərkəzləri, uşaq bağçası, futbol meydançası və s. planlaşdırılır.

Yaxın günlərdə söküntünün başlanılacağı ərazidən görüntüləri təqdim edirik:

3

3

3

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…