Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 İyul 2026 / 12:35

Pezeşkian:”İran və Ermənistan arasındakı münasibətlərin xarici müdaxilədən qorunmalıdır”

İran və Ermənistan arasındakı münasibətlər xarici müdaxilədən qorunmalıdır.

İran mediasının məlumatına görə, bu sözləri İran prezidenti Məsud Pezeşkian bunu Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə bildirib.

“Təcrübə göstərir ki, regiondankənar güclərin mövcudluğu və müdaxiləsi regional problemlərin həllinə töhfə verməyib, əksinə bir çox hallarda mövcud çətinlikləri və qeyri-sabitliyi daha da artırıb”, – Pezeşkian deyib.

O qeyd edib ki, İran və Ermənistan arasındakı münasibətlər həmişə qarşılıqlı hörmət, mehriban qonşuluq və ortaq maraqlar üzərində qurulub. İran prezidenti, həmçinin iki ölkə arasında hərtərəfli əməkdaşlıq müqaviləsi üzrə danışıqların tezliklə başa çatacağına ümid etdiyini bildirib.

Öz növbəsində Paşinyan İran İslam Respublikasının təhlükəsizliyinin Ermənistan üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

İran mediası Ermənistan baş nazirinin sözlərini sitat gətirərək bildirib: “Sizi əmin edirik ki, Ermənistan İranın maraqlarına və təhlükəsizliyinə qarşı yönəlmiş heç bir planda, layihədə və ya hərəkətdə iştirak etməyib və etməyəcək”.

Paşinyanın sözlərinə görə, İrəvanın digər ölkələrlə münasibətlərində gizlədəcək bir şeyi yoxdur və İran tərəfi ilə istənilən məsələni müzakirə etməyə hazırdır.

Qeyd edək ki, Paşinyan ABŞ-İsrail hücumunda həlak olan İran İslam Respublikasının Ali Lideri ilə vida mərasimində iştirak etmək üçün Tehrana səfər edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!