Əsas məzmuna keç

POLİSLƏRİN MAAŞLARI ARTIRILA BİLƏR – DEPUTATDAN TƏKLİF

Polislərin maaşlarının artırılması üçün paket şəklində əlavənin verilməsi ilə bağlı qanuna dəyişiklik edilməsi təklif edilir.

Bu təkliflə deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Polis haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, polislərin sosial durumunun yaxşılaşdırılması üçün addımlar atılmalıdır.

 “Gələcəkdə polislərin əməkhaqqının artırılması üçün paket şəklində qanunlar qəbul edilməlidir”, – deyə o, əlavə edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…