Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 Sentyabr 2021 / 06:58

POLIS DəNIZDə BATANı XILAS ETMəK ISTəDI, AMMA öZü Də SUDA BOğULDU

Gənc polis əməkdaşı dünən daha bir nümunəvi addım atmaq istəyib, amma təəssüf ki, bu ona həyatı bahasına başa gəlib…

Belə ki, boğulmaq təhlükəsi ilə üzləşən şəxsi xilas etməyə çalışan gənc polis əməkdaşı öz həyatını da itirib. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib

Qeyd olunub ki, Xəzər rayonu ərazisində xidmət edən Əlahiddə Çevik Polis Alayının polis nəfəri, 21 yaşlı İbrahim Əlosmanov dünən saat 18 radələrində Xəzər rayonundakı “Mayak” çimərliyində bir nəfərin suda boğulduğunu görərək, onu xilas etmək üçün dərhal özünü dənizə atıb. Lakin dərinlik və yüksək dalğalar ona mane olub. Polis əməkdaşı həyatını xilas etməyə çalışdığı 45 yaşlı Rövşən Qasımovla birlikdə öz həyatını itirib. “Fədakar polis əməkdaşının ailəsinə dərin hüznlə baş sağlığı veririk. Allah rəhmət eləsin!”, – deyə DİN-dən bildirilib.

Bəli, polis əməkdaşlarının fəaliyyəti nə qədər şərəfli və təqdirəlayiq olsa da, bir o qədər də məsuliyyətlidir. 

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!