Avstriya polisi Qrats liseyində atəş açan şəxsin evində axtarış apararkən əldəqayırma partlayıcı qurğu tapıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Heute” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Qrats şəhərinin sakini, 21 yaşlı Artur A. tərəfindən hazırlanmış PUA “fəaliyyətsiz” olub. Polis mənbələri onu da nəşrə bildiriblər ki, cinayətkar güllələnmədən bir müddət əvvəl yaşadığı valideynlərinin evində anasına ünvanlanmış vida videosu çəkib və həmin videoda o, “öz istəyi ilə” hücum etmək qərarına gəldiyini bildirib. Qatilin anası videonu göndərildikdən 24 dəqiqə sonra alıb, bundan sonra dərhal polisə müraciət edib, lakin bu vaxta qədər oğlu məktəbdə artıq insanları güllələyib.
Bundan əvvəl Ştiriya federal əyalətinin polis nümayəndələri bildiriblər ki, Qratsda atışma törətdiyi güman edilən cinayətkar 21 yaşlı yerli sakindir. O, cinayəti törətdikdən sonra təhsil müəssisəsinin binasında intihar edib. Onun motivləri hələ müəyyən edilməyib.
Avstriya Daxili İşlər Nazirliyinin rəhbəri Gerhard Karner hücumçunun bu məktəbdə oxuduğunu, lakin məzun olmadığını bildirib. “Kronen Zeitung” qəzetinin yazdığına görə, cinayətkar öz evində məzmunu hələ ictimaiyyətə açıqlanmayan vida məktubu qoyub.
E.ŞİRİNOV