
Azərbaycan Prezidenti İlham Əliyev Milli Mətbuatın 150 illik yubileyi münasibətilə “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilini (Məmmədov Asif Millət oğlu) yüksək dövlət mükafatı ilə təltif edib. Prezidentin bu gün imzaladığı Sərəncama əsasən, Azərbaycanda milli mətbuatın inkişafındakı xidmətlərinə və səmərəli fəaliyyətinə görə “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili “Tərəqqi” medalı ilə təltif edilib.
Elçin MƏMMƏDLİ







