Əsas məzmuna keç

Proqnozlar təsdiqini tapır – neft qiymətləri yüksəlməyə başladı

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 8,41 ABŞ dolları və ya 8,9 faiz artaraq bir barel üçün 103,03 ABŞ dolları təşkil edib.

 Tezadlar.az  xəbər verir ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 8,6 dollar və ya 9,5 faiz bahlaşaraq 99,10 dollar olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 8,64 dollar və ya 9,17 faiz artaraq bir barel üçün 102,84 dollara çatıb.

 

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…