Qadın keçmiş ərini bıçaqlayaraq öldürüb

60 yaşlı moskvalı paytaxtın şərqindəki mənzilində keçmiş ərini bıçaqlayaraq öldürüb.
Tezadlar.az xəbər verir ki, bu barədə REN TV-dəki mənbə bildirib.
Həmsöhbətin dediyinə görə, hadisə martın 25-də Okrujnıy Proezddəki mənzillərdən birində baş verib. Hadisə yerinə gələn polis əməkdaşları 55 yaşlı ev sahibinin kəsilmiş meyitini aşkar ediblər.
“Qadın keçmiş ərinin yanına gələrək mübahisə zamanı onun boyun, döş və bud nahiyəsinə 6 bıçaq zərbəsi vurub. Zərərçəkmiş yerindəcə dünyasını dəyişib”, – mənbə bildirib.
Qadın saxlanılıb və barəsində “Qətl” (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi) maddəsi ilə cinayət işi açılıb.
ELBAR

Xəbəri paylaş

17 İyul