6 May 2026 / 10:37

“Qadınlar artıq ağlamır” – Şakira konsertinə 2 milyon insan cəlb edə bilib

 Şakiranın Rio-de-Janeyrodakı çimərlikdə verdiyi pulsuz konsert 2 milyon insanı cəlb edib.

DW xəbər verir ki,  Kopakabana çimərliyindəki çıxış kolumbiyalı müğənninin “Qadınlar artıq ağlamır” adlı dünya turnesinin bir hissəsidir.

Konsertdə Şakira bütün hitlərini ifa edib və futbolçu Gerard Pike ilə ayrıldıqdan sonra yazdığı “BZRP Music Sessions #53/66” mahnısı ilə yekunlaşdırıb.

“Biz qadınlar, hər dəfə yıxılanda ayağa qalxırıq və bir az daha müdrikləşirik”, – deyə müğənni bildirib.

SHAKİRA

Qeyd edilir ki, səhər tezdən məşhur çimərlikdə çoxlu insan toplaşmağa başlayıb, hansı ki, onların çoxu digər Latın Amerikası ölkələrindən olub.

Şakiranın çıxışı, Bad Bunny-nin San Paulodakı konsertləri kimi, “Braziliya, Puerto Riko, Kolumbiya və digər ölkələrin Latın Amerikasının bir hissəsi olduğunu aydın şəkildə göstərir. Və Amerikanın Birləşmiş Ştatlar olmadığını”, – deyə iştirakçılardan biri Hellem Souza da Silva bildirib.

Rio meri Eduardo Kavalierenin X-də yazdığına görə, konsertdə 2 milyon insan iştirak edib.

Əvvəlki illərdə Madonna və Ledi Qaqa da həmin çimərlikdə çıxış ediblər.

Pulsuz konsertlər merin siyasətinin bir hissəsidir.

“Şouya investisiya qoymaq bizə 40 qat maliyyə gəliri gətirəcək”, – deyə Kavaliere bildirib.

Şakiranın çıxışı üçün turist axını sayəsində şəhər xəzinəsinə əlavə 155 milyon dollar gəlir gətirilməsi gözlənilir.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!