Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Bu gün Şuşanın Kiçik Qaladərəsi kəndinə köç karvanı yola salındı… 1991-ci ilin iyul ayında çalışdığım “Azərbaycan” qəzetinin foto-müxbiri Rasim Sadıqovla Şuşaya ezam edildik. Şəhər mühasirə vəziyyətində yaşayırdı. Mərhum Mikayıl Gözəlov təzəcə İH rəhbəri təyin edilmişdi. Azərbaycan ordusu Ayaz Mütəllibovun Moskva ilə danışıqları və Mikayıl Gözəlovun köməkliyi sayəsində erməni yaramazları Gorusa kimi kürüyüb tökmüşdü… Şuşakənd kolkozunun sədri ilə o ərazilərə getdik… Mən sonradan Salatın Əsgərovanın adı verilmiş Salatınkənd, Böyük və Kiçik Qaladərəsi və başqa kəndlərdə oldum, İrəvandan gəlmiş qaçqın ailələrlə görüşdüm(fotoşəkillər arxivimdə durur), müsahibələr aldım… Qısa deyirəm, Kiçik Qaladərəsində erməni kolxoz sədrinin evinin açarlarını mənə verdilər ki, bu vurhavurda bura gəlib çıxmısansa, bu ev sənindir… Açar bu günədək məndədir… Darvazanın və evin qapısını bağladım, dedim ki, bir aya qayıdıram, səliqə-sahman yaradacam… Bir-iki ay keçdi, Moskva hər şeyi alt-üst etdi, ermənilər Laçını mühasirəyə aldı, Xocalını məhv etdilər, Şuşa getdi… 30 il keçdi, işğala dözdük!
Gəlirəm mətləbə: demək istəyirəm ki, Azərbaycan, məni eşidirsən, indi Qaladərəsinə… köçürsən eyyy, xəyalında təsəvvür etmədikərindir, yuxuda görmədiklərindir: indi vəzifən ordunun, dövlətin, İlham Əliyevin… qədrini bilməkdir, barı bunu unutma!
Asif MƏRZİLİ