Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 İyul 2026 / 11:17

Qalibaf: Birtərəfli razılaşmalar dövrü bitdi

İran Parlamenti və Danışıqlar Nümayəndəliyinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-ın İrana hücumlarından sonra “Birtərəfli razılaşmalar dövrü bitdi” deyib.

Tezadlar.az xəbər verir ki, İran və ABŞ arasında anlaşma memorandumunun 5-ci maddəsinin vizual mətnini sosial media hesabında paylaşan Qalibaf “Birtərəfli razılaşmalar dövrü bitdi” deyib.

Qalibaf həmçinin ABŞ-a xəbərdarlıq edib: “Ya sözünüzə əməl edin, ya da bədəlini ödəyin.”

“ABŞ ordusu təxminən 140 İran hərbi hədəfinə zərbə endirdi”

CENTCOM sosial mediada bu həftə İrana qarşı üçüncü hücum dalğasını başa vurduğunu elan edib.

Açıqlamada əməliyyatda təxminən 140 İran hərbi hədəfinin quru və dəniz əsaslı qırıcı təyyarələr, pilotsuz uçuş aparatları (PUA) və döyüş gəmilərindən atılan dəqiq idarə olunan sursatlardan istifadə edilərək məhv edildiyi bildirilir.

Açıqlamada hədəf alınan yerlərin raket və pilotsuz təyyarə mövqeləri, dəniz imkanları, sursat anbarları, rabitə şəbəkələri və sahil müşahidə qurğuları olduğu və üç gecəlik əməliyyatda 300-dən çox hədəfin vurulduğu bildirilib.

Açıqlamada əlavə edilib ki, ABŞ prezidenti Donald Trampın əmri ilə həyata keçirilən əməliyyatlar İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə və mülki dənizçilərə hücum etmək qabiliyyətini zəiflətmək məqsədi daşıyır.

Açıqlamada Hörmüz boğazında ticarət gəmilərinin hərəkətinin davam etdiyi və ABŞ qüvvələrinin may ayının əvvəlindən bəri boğazdan 800-dən çox ticarət gəmisinin və təxminən 400 milyon barel xam neftin təhlükəsiz keçidini dəstəklədiyi qeyd edilib.

ABŞ ordusu əvvəllər 7 və 8 iyul tarixlərində İrana qarşı hücumlar elan etmişdi və bunu İranın ticarət gəmilərini hədəf aldığı iddia edilmişdi.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!