28 İyun 2021 / 13:40

“QANUNA TABE OLARAQ CəRIMəLəRI öDəYəN VəTəNDAşLAR, öZLəRINI əZILMIş HESAB EDIRLəR”

“Cərimələr hər seçkidən əvvəl silinir və bu addımla biz vətəndaşları bundan sonra da cərimələri ödəməməyə çağırırıq, çünki ölkədə seçkilər demək olar ki, hər il keçirilir və hamı cərimələrin silinəcəyi növbəti seçkiləri gözləyəcək”.

Bu sözləri Gürcüstanın “Vahid Milli Hərəkat”ının üzvü Zaal Uduamaşvili deyib. Onun sözlərinə görə, əgər bu barədə qanun qəbul ediləcəksə, onda cəriməni ödəmiş vətəndaşların pulları da geri qaytarılmalıdır: “Biz nə edirik? Cərimələr hər seçkidən əvvəl silinir və bu addımla biz vətəndaşları bundan sonra da cərimələri ödəməməyə çağırırıq, çünki ölkədə seçkilər demək olar ki, hər il keçirilir və hamı cərimələrin silinəcəyi növbəti seçkiləri gözləyəcək. Bu qanun qəbul ediləcəksə, ozaman cərimələri artıq ödəmiş şəxslər də buraya daxil olmalıdır və onların ödədiyi cərimələr özlərinə qaytarılmalıdır. Dövlət qurumlarına hörmətlə yanaşaraq cərimələri ödəmiş və qanuna tabe olan vətəndaşlar, özlərini əzilmiş kimi hesab edirlər”, – deyə Udumaşvili bildirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!