UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində cavab görüşlərinə bu gün start veriləcək. Tezadlar.az xatırladır ki, “Qarabağ” Bolqarıstanda ÇSKA-nın qonağı olacaq. Sofiyadakı “Vasil Levski” arenasında, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək görüşü belçikalı FIFA referisi Brem van Drisş idarə edəcək.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyun qolsuz başa çatıb.







