Əsas məzmuna keç

Qaribaşvilinin həbsxanadan göndərdiyi daha bir qalmaqallı məktubu yayılıb

Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili Rustavi həbsxanasından yaydığı növbəti məktubunda hakimiyyəti kəskin tənqid edib. Tezadlar.az xəbər verir ki, keçmiş baş nazir bildirib ki, son günlər baş verən proseslər “gülünc, eyni zamanda iyrənc və faciəvi maskarad” təsiri bağışlayır. O, onun əvvəlki məktubundan sonra başladılan istintaqı qeyri-ciddi adlandırıb. Qaribaşvili hakimiyyətə müraciət edərək belə deyib: “Boş yerə əziyyət çəkməyin! Necə ki, su ilə yağ bir-birinə qarışmır, eləcə də mənim ‘Vahid Milli Hərəkat’la əlaqələndirilməyim mümkün deyil”. O, həmçinin ironiya ilə qeyd edib ki, son günlər onu “dərin dövlət” və Fransanın agenti kimi təqdim etdiklərini eşidib: “Yaxşı ki, başqa xarici dillər bilmirəm, yoxsa məni başqa ölkələrin də agenti elan edərdilər”. Keçmiş baş nazir iddia edib ki, onun məktubundan sonra dərhal bir sıra şəxslərin dindirilməsi başlanıb, halbuki digər işlər üzrə aylarla heç kim sorğu-sual olunmayıb. Qaribaşvili çıxışında vurğulayıb ki, ona qarşı aparılan proses hüquqi deyil, siyasi xarakter daşıyır və bu, “siyasi təqibdir”. O, bu kontekstdə parlament sədri Şalva Papuaşviliyə də müraciət edib. Sabiq baş nazir sonda qeyd edib ki, heç kimlə mübarizə aparmır, lakin ona qarşı “arxadan zərbə vurulduğunu” iddia edib və əlavə edib ki, indi özünü və ailəsini qorumağa məcburdur.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…