Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 İyul 2026 / 15:28

Qarın jurnalistikası və…

(Yazı texniki səbəbdən silindiyinə görə, yenidən paylaşıram)
Milli Mətbuat Günü yaxınlaşır. Xüsusilə, belə bir ərəfədə jurnalist öz peşəsinə və özünə hörmətlə yanaşmalıdır.
Yenə müxtəlif dövlət qurumları və şirkətlər jurnalistlər üçün yeyib-içmək məclisləri təşkil etməyə başlayıblar. Utancverici mənzərədir.
Niyə prokurorluğun, polisin, həkimlərin və hərbçilərin peşə bayramlarında onlar üçün belə qonaqlıqlar təşkil edilmir? Məgər həmin qurumların onlarla işi jurnalistlərdən azdır? Əksinə, qat-qat çoxdur.
Bəs niyə məhz jurnalistlər?
Çünki siz buna razısınız. Bir qarın yeməyə görə saatlarla həmin süfrələrin arxasında oturmağı qəbul edirsiniz. Sonra da kababın, pomidor-xiyarın, salatların düzüldüyü masaların şəkillərini sosial şəbəkələrdə paylaşaraq bunu fəxrlə nümayiş etdirirsiniz.
Ayıbdır.
Həmin məclislərdə sizi gülərüzlə qarşılayan rəsmi şəxslərin və mətbuat katiblərinin səmimiyyətinə aldanmayın. Həmin qonaqlıqlara vəsait ayrılması üçün həmin qurumlarda günlərlə qızğın müzakirələr gedir. Çox vaxt isə sizi arxanızca söyürlər.
Əvvəllər mən də belə tədbirlərə qatılmış ola bilərəm. Yəqin ki, olub. Xatırlamıram. Amma insan zaman keçdikcə səhvlərini anlayıb nəticə çıxarmalıdır.
Əgər dövlət səviyyəsində bütün media nümayəndələri üçün rəsmi tədbir keçirilirsə, bu tamam başqa məsələdir. Ancaq ayrı-ayrı dövlət qurumlarının və ya şirkətlərin təşkil etdiyi qonaqlıqların alətinə çevrilməyin!
Onsuz da böyük əksəriyyətiniz nə araşdırma aparır, nə ciddi təhlil yazır, nə də cəmiyyət üçün riskli mövzuların arxasınca gedir. Gününüz mənasız xəbərlər istehsal etməklə keçir.
Qəribədir, tədbirlərdə iştirak edənlərin çoxu özünü peşəsinin zirvəsində görür, özünü “ən güclü jurnalist” hesab edir.
Bəs bir neçə gün əvvəl Şuşada keçirilən Media Forumu ətrafında baş verənlər? Dəvət almadığına görə “istefa verirəm” yazanlar, illərlə gördüyü “xidmətləri” sadalayanlar… Ay qardaş, hökuməti tərifləmisən, bunun da qarşılığını hər tərəfli almısan. Bu dəfə sənə ehtiyac görməyiblər. Vəssalam…
Eybi yox, biz yazaq, təzyiq görək, izlənək, risk edək, başımıza min bir oyun gəlsin.
Amma siz kabab süfrələrinin başında “Milli Mətbuat Günü”nü qeyd edin.
Bütün binlar azmış kimi, Eldar Mahmudovun “TERMİNATOR” ləqəbli agentinə – partiya sədrinə də trolluq edirsiniz. Deyə bilərsinizmi, bu adam niyə aktivləşib (bu haqda ayrıca)?!
Unutmayın, şantaj yolu ilə reklam müqaviləsi bağlatdığınız qurumlar sizi əsla sevmirlər. Sadəcə sizdən müvəqqəti qurtulmağın yolunu seçirlər. Məsələn, AYNA-nın çörəyini bu qədər rahat necə yeyə bilirsiniz?
Samir Feyruzov
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!