26 Aprel 2026 / 22:28

Qazaxıstan ədəbiyyatına ağır itki: Məşhur yazıçı dünyasını dəyişdi

Məşhur qazax və sovet yazıçısı, şair və ictimai xadim Muxtar Şaxanov 83 yaşında vəfat edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Şaxanov 1942-ci il iyulun 2-də anadan olub. 1989-cu ildən SSRİ Ali Sovetinin deputatı, 1991-ci ildən isə Qazaxıstan Ali Sovetinin deputatı olub.

O, Qazaxıstanın Qırğızıstandakı səfiri vəzifəsində çalışıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!