Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiya Prezidenti Vladimir Putinin bir müddət əvvəl qismən səfərbərlik elan etməsindən sonra rusiyalıların vizasız ölkələrə kütləvi axını başlayıb.
Rusiya vətəndaşlarının daha çox üz tutduqları ölkələrdən biri də Qazaxıstandır.
Bəs, rusların Qazaxıstana kütləvi axını ilə əlaqədar ölkədə rubl kütləsi həddən artıq çoxalmayacaqmı?
Bu barədə jurnalistlərin sualını ölkənin maliyyə naziri Yerulan Jamaubayev cavablandırıb.
“Xatırladığım qədər, məndə olan məlumata görə, artıqlığı yoxdur”, – deyə Yerulan Jamaubayev deyib.
Onun sözlərinə görə, əgər Milli Bank hər hansı təhlükə və ya formalaşmış kütlənin Rusiyaya birdəfəlik çıxarılması və ya başqa tədbirlər görməsi zərurəti görərsə, bu, Maliyyə Nazirliyi ilə müzakirə olunacaq.
“Bu məsələ Milli Bankın müstəvisindədir. Tədbir görmək üçün heç bir hədd yoxdur. Valyuta tənzimlənməsi və müvafiq müdaxilələr məsələləri Milli Bankın səlahiyyətindədir”, – deyə Maliyyə Nazirliyinin rəhbəri açıqlayıb.
JASMİN