
Qazaxstan telekanalında keçirilən telemarafon zamanı “Demokratiya İnstitutu” Araşdırmalar Birliyinin layihə direktoru Tatyana Başarina deputat seçkilərinin nəticələri ilə bağlı məlumatları açıqlayıb.
Səslər aşağıdakı kimi paylanıb:
Amanat partiyası – 53,33%;
“Ayıl” Xalq Demokratik Vətənpərvərlər Partiyasına – 11,26%;
Qazaxıstanın “Ak Yol” Demokrat Partiyası – 8,87%;
Qazaxıstan Xalq Partiyası – 6,93%;
“Respublika” partiyası – 8,33%;
Ümummilli Sosial Demokrat Partiyası – 5,12%;
Qazaxıstanın “Baytak” Yaşıllar Partiyası – 2,51%;
Heç biri – 3,65%.
Xatırladaq ki, martın 19-da Qazaxıstanda QR Parlament Məclisinin və vilayət məclislərinin deputatlarına növbədənkənar seçkilər keçirilib. Seçkilərdə yeddi partiyanın nümayəndələri, eləcə də birmandatlı seçki dairələri üzrə namizədliyini irəli sürən bitərəf namizədlər iştirak ediblər.
JASMİN






