Qazaxıstanda inflyasiya azalıb – 1,3%

Qazaxıstan Respublikasında 2025-ci ilin mart ayında inflyasiya 1,3%-ədək azalıb,  illik ifadədə isə 10% təşkil edib.

Tezadlar.az  Qazstat-a istinadən xəbər verir ki, ərzaq məhsullarının qiymətləri 1,6%, pullu xidmətlərin qiymətləri 1,3%, qeyri-ərzaq mallarının qiymətləri 0,8% artıb.

2025-ci ilin mart ayında aylıq istehlak qiymətləri indeksi (İQİ) yavaşladı və 1,3% təşkil etdi (yanvarda 1,5%).

İQİ strukturunda artım: pullu xidmətlər 1,3%, ərzaq məhsulları – 1,6%, qeyri-ərzaq məhsulları – 0,8% təşkil edib.

Regionlar arasında ən yüksək aylıq inflyasiya Qaraqanda vilayətində qeydə alınıb – 2,4% (orta ölkə səviyyəsindən 1,1 faiz bəndi yüksək), ən aşağısı isə Manqistau vilayətində – 0,4%.

Respublikada illik ifadədə 2025-ci ilin mart ayında inflyasiya 10% təşkil edib.

İQİ strukturunda qiymətlər artıb: pullu xidmətlər – 14,3%, qeyri-ərzaq məhsulları – 9,1%, ərzaq məhsulları – 7,6% artıb.

 

JASMİN

Xəbəri paylaş

17 İyul