Əsas məzmuna keç

QAZİMİZ İSVEÇRƏ QRAN-PRİSİNDƏ QIZIL MEDAL QAZANIB

Azərbaycan paraatleti Rasim Yaxin İsveçrənin Nottvil şəhərində keçirilən Qran-Pri turnirində qızıl medal qazanıb.

Azərbaycan Milli Paralimpiya Komitəsinin məlumatına görə, nüvə itələmə növündə (F46) 11,71 metrlik nəticə göstərən idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

R.Yaxin 44 günlük Vətən müharibəsinin də iştirakçısı olub. Daxili Qoşunların Xüsusi təyinatlı qüvvələrinin tərkibində Murov, Cəbrayıl, Füzuli, Xocavənd və Şuşa uğrunda döyüşlərdə iştirak edib. Şuşa uğrunda gedən hərbi əməliyyatlarda yaralanıb.

 

TEZADLAR.AZ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…