Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qətər Ər-Rukeyyat neft tankerinin Hörmüz boğazı yaxınlığında üzərkən hücuma məruz qaldığını açıqlayıb.
Tezadlar.az xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari hadisəyə şirkətin sosial media hesabında reaksiya verib.
Ənsari bildirib ki, “Ər-Rukeyyat gəmisinin Hörmüz boğazı yaxınlığından keçərkən hədəfə alınması beynəlxalq naviqasiya və qlobal enerji təchizatının təhlükəsizliyinə qarşı qəbuledilməz bir hücum, beynəlxalq hüququn ciddi və açıq şəkildə pozulmasıdır.”
Hücuma görə İranı məsul tutan Qətər sözçüsü əlavə edib: “Biz İran İslam Respublikasından regional təhlükəsizliyə təsir edən və ya beynəlxalq naviqasiyanın təhlükəsizliyini təhdid edən bütün təcrübələri dərhal dayandırmasını; dar maraqlar naminə qlobal enerji təchizatını və regional ölkələrin resurslarını təhlükəyə atmağı dayandırmasını tələb edirik; və biz İranı bu hücuma və ondan yarana biləcək hər hansı hüquqi nəticələrə görə məsul hesab edirik.”
İran dövlət televiziyası adı açıqlanmayan mənbələrə istinadən bildirib ki, İran donanması Hörmüz boğazı yaxınlığında bir neft tankerini “xəbərdarlıqlara məhəl qoymadığı” üçün vurub.
Məruzədə bildirilir ki, Qətərə məxsus “Ər-Rekayyat” gəmisi “ABŞ Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə Oman marşrutu ilə Hörmüz boğazından keçməyi planlaşdırırdı, lakin dəfələrlə xəbərdarlıqlara məhəl qoymadıqdan sonra hədəfə alındı”.
ELBAR