Əsas məzmuna keç

Qəzada sürücü yerində ölmüşdü, sərnişin də xilas olmadı

Hacıqabulda iun ayında yol qəzasında xəsarət alan şəxs ölüb.

Tezadlar.az xəbər verir ki, hadisə iyunun 28-də Padar kəndi ərazisində qeydə alınıb. Qəza zamanı xəsarət alaraq, Ağsu rayon xəstəxanasına yerləşdirilən sərnişin, 26 yaşlı Xəlilli Xəyal Valeh oğlu görülən tədbirlərə baxmayaraq, sentyabrın 8-də həyatını itirib.

Qeyd edək ki, iyunun 28-də Hacıqabul sakini, 33 yaşlı Manafov Şahid idarə etdiyi “Opel” markalı avtomobili aşırıb.

 

Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sərnişin, 26 yaşlı Xəlilli Xəyal Valeh oğlu bədən xəsarətləri ilə Ağsu xəstəxanasına yerləşdirilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…