Bina Osmanlı İmperiyasının incisi və Köhnə Şəhərin simvollarından biri hesab olunur. Kompleks İsrail bombardmanı zamanı hava hücumlarına məruz qalıb. Buldozerlər bəzi otaqları yerlə-yeksan edib. Tarixi xəzinələr talan edilib. Yalnız bir neçə xarici divar və tağ qalıb.
Tezadlar.az xarici KİV-ə istinadən xəbər verir ki, Qəsr əl-Başa kimi tanınan saray 1260-1277-ci illər arasında Məmlüklər dövründə inşa edilib. Uzun illər Osmanlı valilərinin iqamətgahı kimi xidmət edib.
E.ŞİRİNOV







