Qırğızıstanda suvarma suyunun hər kubmetri cəmi 3 tıyinədir.
TEZADLAR.AZ Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, bu barədə “Mərkəzi Asiyada iqlim dəyişikliyi və sudan istifadə problemləri” mövzusunda keçirilən dəyirmi masada Qırğızıstanın Su Təsərrüfatı Xidmətinin nəzdində fəaliyyət göstərən Suvarma Elmi-Tədqiqat İnstitutunun direktoru Ulan Çortombaev məlumat verib.
Onun sözlərinə görə, Qazaxıstanda suvarma suyunun hər kubmetri təqribən 13 som, Tacikistanda 18 som, Özbəkistanda 70 tıyin, Qırğızıstanda isə cəmi 3 tıyinə başa gəlir. Qırğızıstan Respublikasında bu tarif hələ 1994-cü ildə təsdiq edilib.
“Bizim vəzifəmiz elə təbliğat aparmaqdır ki, Mərkəzi Asiya regionunun əhalisi su olmadan heç nə əldə edə bilməyəcəyini başa düşsün. Əgər biz yüksək marjalı məhsul əldə etmək istəyiriksə, buna uyğun pul ödəməliyik,- deyə Ulan Çortombaev bildirib.
“Məsələn, Türkiyə Bolqarıstandan su ehtiyatlarını alır və ABŞ-la Kanada arasında da məsələ həll olunub. Biz Mərkəzi Asiya regionu niyə bunu edə bilmirik? Biz edə bilərik, sadəcə dəyirmi masa arxasında oturub qərar vermək lazımdır. Axı, su olmadan heç nə etmək mümkün deyil” – Çortombaev vurğulayıb.
JASMİN