Qiymətli metalların qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə saxlanılıb

Təhlükəsizlik orqanları cinayətkarlardan ümumi çəkisi 70 kq olan qızıl və gümüş külçələri müsadirə edib

Təhlükəsizlik orqanları Maqadan bölgəsində qiymətli metalların qanunsuz dövriyyəsi ilə məşğul olan bir dəstənin üzvlərini saxlayıb.

Tezadlar.az bildirir ki, FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi bu barədə REN TV-yə məlumat verib.

“Cinayətkar qrupun üzvləri Maqadan bölgəsindən digər bölgələrə külli miqdarda qiymətli metalların qanunsuz əldə edilməsi və daşınması ilə bağlı ağır cinayətlər törədiblər”, – agentlik bildirib.

Cinayətkarlar qızıl və gümüş külçələri nəqliyyat vasitələrində gizli bölmələrdə saxlayıblar. FTX əməkdaşları 70 kq qiymətli metal ələ keçiriblər.

Qrupun liderinə qarşı ağır cinayətlər törətmək məqsədilə cinayətkar təşkilat yaratmaq məqsədi ilə iş açılıb, dəstənin digər üzvləri isə qiymətli metalların qanunsuz dövriyyəsi ilə bağlı ittiham olunurlar.

Bütün təqsirləndirilən şəxslər barəsibdə həbs qətimkan tədbiri seçilib.

E.ŞİRİNOV

Xəbəri paylaş