Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 İyul 2026 / 11:49

“Qızıl Elnarə” buna görə saxlanıldı- SON DƏQİQƏ

Azərbaycanda qızıl ticarəti ilə məşğul olan Elnarə Səfərova həbs edilib. Tezadlar.az xatırladır ki, E.Səfərovanın barəsində Azərbaycan CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanınılıb. Məlum olur ki, bu cinayət işi üzrə 9 zərərçəkmiş var. İttihamnaməyə görə, o, vətəndaşlardan ümumilikdə bir milyon 300 min manata yaxın pulu dələduzluq yolu ilə alaraq ələ keçirib. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib və istintaq müddətində həbsdə qalacaq. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslər saytımıza müraciət edərək bildiriblər ki, onlara dəymiş zərərin ödənilməsi istiqamətində heç bir addım atılmır. Şikayətçilərin sözlərinə görə, E.Şirməmmədova 9 nəfərdən müxtəlif məbləğlərdə pul alaraq geri qaytarmayıb. Cinayət işində zərərçəkmiş qismində tanınmış şəxslərə müvafiq olaraq 27.120, 3800, 21.300, 3500, 467.000, 112.000, 428.790, 56.826, 134.693 manat məbləğində maddi ziyan vurulması qeyd edilib. Eləcə də 9 nəfərin şikayəti əsasında Səbail Rayon Polis İdarəsində açılmış cinayət işinin ibtidai istintaqı artıq başa çatıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. JO da məlum olur ki, Bakıda qızıl alveri ilə məşğul olan Zülfiyyə Quliyeva adlı qadın da E.Səfərovanın barəsində Nəsimi Rayon Polis İdarəsinə şikayət edib. Ərizəsində yazıb ki, E.Səfərova ona qarşı isə 940 min manatlıq dələduzluq edib.
Beləliklə, tezliklə məhkəmə bəzi suallara cavab verəcək.
SƏBUHİ
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!