Gözlənildiyi kimi, qızıl yenidən bahalaşmaqda davam edir və dünya iqtisadçıları bunun səbəbini öyrənçəyə, qiymət artımının qarşısını almağa çalışırlar. Tezadlar.az TRT- Haber- ə istinadla bildirir ki, qızılın qiyməti martın 13-də bir unsiya üçün 2953 dollar həddini keçib və yeni rekord vurub. Bank ekspertləri 2025-ci ilin dördüncü rübünə kimi qızılın orta qiymətinin bir unsiya üçün 3000 dolları ötəcəyini gözləyirlər.
Birjalarda isə əsl çaxnaşma yaşanır. Ekspertlər hesab edir ki, dünya iqtisadiyyatındakı infilyasiya qızıldan yığım vasitəsi kimi istifadəni zəruri etdiyindən süni bahalaşma baş verməkdədir.
A.Məmmədli