ABŞ və İsrailin İrana hücumlarından sonra qızılın qiymətləri artıb.
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.
Tezadlar.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 2,34% artaraq 5 370,65 ABŞ dollarına bərabər olub.







